İordaniya Azərbaycan şirkətlərinin Suriyanın bərpasında iştirakını dəstəkləyir
Rock.News xəbər verir ki, bu barədə Azərbaycan–İordaniya Hökumətlərarası Komissiyasının 4-cü iclasında çıxış edən Komissiyanın İordaniya tərəfindən həmsədri, sənaye, ticarət və təchizat naziri Yarub Qudah bildirib.
Nazir İordaniya və Azərbaycan arasında çox böyük iqtisadi potensialın mövcud olduğunu, lakin hazırkı ticarət dövriyyəsinin real imkanlardan xeyli aşağı qaldığını vurğulayıb.
Yarub Qudah növbəti komissiya iclasının Ammanda keçirilməsinin və paralel olaraq biznes-forum təşkil olunmasının əməkdaşlığı sürətləndirəcəyini deyib. O, xüsusilə dərman istehsalı sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün birgə investisiya modeli təklif edib. Nazir həmçinin, Azərbaycan şirkətlərinin Suriya bərpa prosesində iştirakını önəmli sayaraq, bu istiqamətdə birgə fəaliyyətin böyük imkanlar yaradacağını qeyd edib.
İordaniyalı nazir turizmin də əsas potensial istiqamətlərdən biri olduğunu, hazırkı göstəricilərin çox aşağı qaldığını və ikinci yarımildə tərəflərin bu sahəyə xüsusi diqqət ayırmalı olduğunu bildirib.