XİN İsveçrədəki faciəvi yanğına görə başsağlığı verdi, ölənlər var
Dünən, 20:33
0

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrənin Krans-Montana şəhərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan yanğın faciəsinə görə başsağlığı verib.
Rock.News xəbər verir ki, XİN sosial media hesabında həlak olanların ailələrinə və İsveçrə xalqına dərin hüznlə başsağlığı verərək, düşüncələrinin yaxınlarını itirənlərlə olduğunu və xəsarət alanlara tezliklə sağalma arzuladıqlarını bildirib.



