Venesuela Maduro və xanımı üçün xüsusi komissiya yaratdı
Dünən, 06:56
11

Venesuela hakimiyyəti ölkə prezidenti Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin azad olunması məqsədilə xüsusi komissiya yaradıb.
Rock.News xəbər verir ki, bu barədə Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanyes məlumat yayıb.
Onun sözlərinə görə, Nazirlər Şurasının iclasında müvəqqəti prezident tərəfindən Maduronun və onun həyat yoldaşının azadlığa buraxılması üçün yüksək səviyyəli xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edilib.



