İsrail və Suriya Parisdə danışıqlara başlayır: ABŞ vasitəçiliyi
Dünən, 06:36
11

İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi Parisdə keçirilməsi planlaşdırılır.
Rock.News xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.
Məlumata görə, görüş ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq. Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq.



