Suriya Demokratik Qüvvələri Hələbi tərk etdi: Toqquşmalar sona çatdı

Kürdlərin rəhbərliyində olan Suriya Demokratik Qüvvələrinin (SDF) son döyüşçüləri bir neçə gün davam edən toqquşmalardan sonra Suriyanın Hələb şəhərini tərk ediblər.
Rock.News xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb. Rəsmilərin telekanala bildirdiyinə görə, kürd rəhbərliyində olan Suriya Demokratik Qüvvələrinin (SDF) son döyüşçüləri Suriyanın ikinci ən böyük şəhəri olan Hələbi tərk ediblər. Bu, bir neçə gün davam edən toqquşmalardan sonra olub. Onlara təxliyəyə imkan verən atəşkəs razılaşması qəbul edilib.
Hələb valisi Əzzam əl-Qərib bu gün səhər saatlarında telekanala bildirib ki, hökumət qüvvələrinin gecə ərzində döyüşçülərin avtobuslarla şəhərdən çıxarılmasını koordinasiya etməsindən sonra Hələb “SDF döyüşçülərindən tamamilə təmizlənib”.
SDF komandiri Məzlum Abdi (Məzlum Kobani kimi də tanınır) isə bildirib ki, beynəlxalq vasitəçilik yolu ilə atəşkəs və mülki şəxslərin və döyüşçülərin təhlükəsiz təxliyəsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub, 150 mindən çox insan isə didərgin düşüb.
Bu mövzuda

Avstraliyada “Kodzi” Siklonu Nəticəsində 22 Mindən Çox İnsan Elektriksiz Qaldı

İsrailin Qəzzaya hücumları nəticəsində üç fələstinli həlak oldu, yeddi nəfər yaralandı

Qazaxıstanda Amnistiya Prosesi Tamamlandı: 2000-dən Çox Məhkum Azad Edildi
