FHN İdmançıları 2025-dəki Uğurlarına Görə Mükafatlandırıldı
18 dek, 16:45
8

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə FHN əməkdaşlarının idman sahəsində əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib, müvafiq mükafatlar təqdim olunub.
Rock.News xəbər verir ki, tədbirdə il ərzində idman yarışlarında fəal iştirak edən və mükafat qazanan FHN-in struktur bölmələrinin rəhbərləri, beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar və media nümayəndələri iştirak ediblər. Tədbirdə FHN-in 2025-ci ildə keçirilmiş idman tədbirlərində komandaları yüksək nəticələr göstərmiş qurumları mükafatlandırılıb, media nümayəndələri də təltif olunublar.



