“Kristal” şirkəti müğənni Günelə mənzil hədiyyə edilməsi xəbərini təkzib etdi

“Kristal” şirkəti, bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan, guya bir deputatın sahibi olduğu “Kristal” şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı iddiaların əsassız olduğunu bildirib.
Rock.News xəbər verir ki, şirkətin Mətbuat Xidməti bu məlumatların böhtan xarakterli olduğunu və həqiqətə uyğun olmadığını vurğulayıb. Bildirilib ki, Günel adlı şəxsə heç bir mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilib, nə də satılıb. Qeyd olunub ki, adı çəkilən şəxs Biləcəri layihəsində yerləşən bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə edib. Şirkət bu cür xəbərlərin yayılmasının işgüzar nüfuzuna zərər vurduğunu və Azərbaycanın ailə dəyərlərinə zidd olduğunu bildirərək, media nümayəndələrini peşə etikasına riayət etməyə çağırıb və əks halda qanunvericiliklə nəzərdə tutulmuş hüquqi vasitələrdən istifadə edəcəyini bəyan edib.



