Süni İntellekt və Rəqəmsallaşma: Medianın inkişafında yeni dövr

Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan “Media Savadlılığı” Həftəsinin yekununda “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfrans keçirilib. Tədbir, media savadlılığının gücləndirilməsi və rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi məqsədi daşıyır.
Rock.News xəbər verir ki, konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və videoçarx nümayişi ilə başlayıb. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, rəqəmsallaşmanın sürətlənməsi fonunda media savadlılığının əhəmiyyətini vurğulayıb. O, gənclərin məlumatı düzgün təhlil etmək bacarığının formalaşdırılmasının prioritet olduğunu qeyd edib.
Tədbirdə media savadlılığının artırılması istiqamətində görülən işlərə dair videoçarx nümayiş olunub. Ləman İsgəndərova həyata keçirilən fəaliyyətlərə dair təqdimat edərək maarifləndirici tədbirlər və layihələr barədə məlumat verib.



