Şok! İrem Sak və Aleyna Tilki həbsdən azad edildi
18 dek, 20:28
19

Türkiyədə narkotik ittihamı ilə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb. Məşhurların azad edilməsi xəbəri Türkiyə mediasında geniş rezonans doğurub.
Rock.News xəbər verir ki, saxlanılan məşhurlar tibbi ekspertiza proseduru başa çatdıqdan sonra azadlığa buraxılıblar. İstanbul Respublika Baş Prokurorluğunun qərarı ilə ümumilikdə 10 nəfər barəsində tutulma qərarı verilib. Sosial media fenomenləri Cihan Şenözlü, müğənni Yusuf Güney və aktrisa Melisa Döngel axtarışdadır. Ölkə xaricində olan Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də saxlanılma qərarı çıxarılıb.
#İrem Sak#Aleyna Tilki#Həbs#Narkotik#Türkiyə



