USD1.70
EUR2.00
RUB2.1715
BTC87756.00
USDT1.00
TON1.61
Canlı

DİM: Müəllim, mühəndis və hüquq imtahanının nəticələri AÇIQLANDI

19 dek, 14:45
10
DİM: Müəllim, mühəndis və hüquq imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) xarici ölkələrdə ali təhsil almış müəllim, mühəndis və hüquq ixtisasları üzrə şəxslər üçün peşə tanınması imtahanının nəticələrini açıqlayıb. İmtahan 19 dekabr 2025-ci il tarixində keçirilib və iştirakçılar nəticələri ilə dərhal tanış olmaq imkanı əldə ediblər.

Rock.News xəbər verir ki, imtahanda iştirak üçün qeydiyyatdan keçən 188 nəfərdən 38-i imtahana gəlməyib. İmtahanda 67 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanın nəticələrini DİM-in saytında da görə bilərlər. İmtahanda müvəffəq olmaq üçün 30 test tapşırığından ən azı 15 bal toplamaq tələb olunur. İmtahanın məzmunu ilə bağlı apellyasiya şikayətləri 22-23 dekabr tarixlərində DİM-də qəbul ediləcək.

#DİM#imtahan#təhsil#nəticələr

Bu mövzuda