Yeni Təmayül Məktəbləri: Şagirdlər üçün Dərinləşdirilmiş Bilik və Bacarıqlar
Bu gün, 12:46
2

2025–2026-cı tədris ilindən etibarən Azərbaycanda yeni təmayül məktəb (Tam orta məktəb) layihəsinin tətbiqinə başlanılıb.
Rock.News xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda 13 şəhərdə yerləşən 14 ümumi təhsil müəssisəsində 1716 şagirdin (X sinifdə 1282, XI sinifdə 434 nəfər) və 264 müəllimin iştirakı ilə pilot qaydada həyata keçirilir. Modelin tətbiqinin məqsədi şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə dərinləşdirilmiş bilik verilməsi, müasir əmək bazarına uyğun bacarıqların formalaşdırılması və yüksək akademik hazırlığın təmin olunmasıdır.
#təhsil#məktəb#şagird



