USD1.70
EUR2.00
RUB2.1715
BTC87756.00
USDT1.00
TON1.61
Canlı

Paşinyandan Putine: Azərbaycan üzərindən dəmir yolu - tarixi şans!

22 dek, 19:33
8
Paşinyandan Putine: Azərbaycan üzərindən dəmir yolu - tarixi şans!

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Azərbaycan ərazisindən Ermənistana qatarların gəlməsinin tarixi hadisə olduğunu bildirib. Paşinyan, həmçinin, ölkə ərazisində bəzi dəmir yolu sahələrinin bərpasının gündəmdə olduğunu qeyd edib.

Rock.News xəbər verir ki, söhbət İcevan, Yerasx (Arazdəyən) və Axurik istiqamətlərindən gedir. Bu dəmir yolları Ermənistanı Azərbaycanla, onun əsas ərazisi, Naxçıvan və Türkiyə ilə birləşdirir. Paşinyan qeyd edib ki, bu dəmir yollarının açılması ilə bağlı hələlik siyasi qərarlar qəbul edilməyib, lakin vəziyyət hazırlıq işlərinə başlanılması üçün lazımi mərhələyə çatıb. Ötən həftə Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirmişdi.

#Paşinyan#Putin#Azərbaycan#Ermənistan#Rusiya#Dəmir yolu

Bu mövzuda

Paşinyandan Putine: Azərbaycan üzərindən dəmir yolu - tarixi şans! — Rock.News