Azərbaycan və Türkiyə $15 Milyardlıq Ticarət Hədəfinə Doğru Addımlayır!

Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib. İclasda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və 15 milyard dollarlıq hədəfə çatılması yolları müzakirə olunub. Tərəflər, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə etməklə bu hədəfə çatmağın mümkünlüyünü vurğulayıblar.
Rock.News xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş keçirilib. İclasda, həmçinin, iki ölkə arasında birgə həyata keçirilən enerji layihələrinin regional və qlobal əhəmiyyəti qeyd olunub. Sonda Əli Əsədov və Cevdet Yılmaz Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının Protokolunu imzalayıb və 110 bəndlik Fəaliyyət Planını təsdiqləyiblər.



