Xamenei müşaviri: İrana qarşı aqressiya sərt cavabla nəticələnəcək
Bu gün, 09:53
6

İran rəsmisi xəbərdarlıq edib ki, İrana qarşı hər hansı bir təcavüz dərhal və sərt şəkildə cavablandırılacaq.
Rock.News xəbər verir ki, İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bu barədə X sosial şəbəkəsində yazıb. O, İranın müdafiə doktrinasında bəzi cavab tədbirlərinin təhlükə reallaşmamışdan əvvəl verilməsinin müəyyənləşdirildiyini vurğulayıb. Şamxani əlavə edib ki, İranın raket və müdafiə imkanları heç bir nəzarətə tabe deyil və icazə tələb etmir.
#İran#aqressiya#cavab#Xamenei



