Əliyevdən Amnistiya Fərmanı: Məhkumlar Azadlığa Buraxılır!
22 dek, 16:22
12

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il dekabrın 19-da “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində davam edir. Amnistiya aktı ilə azadlıqdan məhrum edilmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslər azadlığa buraxılır.
Rock.News xəbər verir ki, Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, Nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar. Prosesin şəffaflığı və qanunvericiliyə uyğunluğu təmin edilir.
#Ədliyyə Nazirliyi#Amnistiya#İlham Əliyev#Məhkum



