Ucarda “Nissan” aşıb: İki Mingəçevir sakini xəsarət alıb
3 yan, 13:28
3

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Rock.News xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, rayonun Qarabörk kəndində baş verib. "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Mingəçevir şəhər sakinləri - 1979-cu il təvəllüdlü Gülnarə Qaçayeva və 1961-ci il təvəllüdlü Gümanə Namazova xəsarət alıb. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.



