USD1.70
EUR2.00
RUB2.1715
BTC88881.00
USDT1.00
TON1.67
Canlı

Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alanlar var

Dünən, 22:44
0
Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alanlar var

Goranboyda ağır yol qəzası baş verib, nəticədə iki nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.

Rock.News xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Priora" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 1986-cı il təvəllüdlü A. Hüseynov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən 2008-ci il təvəllüdlü S. Hüseynovu da xilas etmək mümkün olmayıb. 1991-ci il təvəllüdlü L. Əliyeva və 2014-cü il təvəllüdlü Y. Hüseynova xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Bu mövzuda

Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alanlar var — Rock.News