Səfir: Strateji Tərəfdaşlıq Sazişi Azərbaycan-Britaniya münasibətlərini yeni səviyyəyə yüksəltdi
Bu gün, 18:31
0

Strateji Tərəfdaşlıq Sazişi Azərbaycan-Britaniya münasibətlərini yeni səviyyəyə yüksəltdi.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Yeni illə bağlı müraciətində bildirib.
Fergus Auld qeyd edib ki, bu, Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi son müraciətidir: “İlin əsas hadisəsi dövlət naziri Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyevin Strateji Tərəfdaşlıq Sazişinin imzalanması yolu ilə münasibətlərimizi yeni səviyyəyə yüksəltmək qərarı oldu. Dekabrda Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri lord Vernon Koaker və Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də təhsil və innovasiyalara həsr olunmuş ikitərəfli görüşlər keçiriblər".
Bu mövzuda

Sadettin Saran mövsümün sonuna qədər “Fənərbaxça” prezidenti postunda qalacaq

Sadettin Saran “Fənərbaxça”-nın fövqəladə ümumi yığıncağının keçiriləcəyini açıqlayıb

İranda etiraz aksiyalaryla əlaqədar Tehran Universitetinin 4 tələbəsi saxlanılıb
