Dəmir filizi istehsalı üçün qaz tarifləri endirildi: Yeni imkanlar
Bu gün, 14:38
1

Tarif Şurası dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi üzrə təbii qaz tarifini azaltdı.
Rock.News xəbər verir ki, yeni tarif 1000 kub metr üçün ƏDV ilə birlikdə 200,6 manat səviyyəsində təsdiq edilib. Hazırda sənaye sektoru üzrə təbii qaz tarifi 1000 kub metr üçün ƏDV ilə birlikdə 240 manatdır. Bu qərar dəmir filizi istehsalı üzrə iri emal müəssisələrinin inkişafını stimullaşdıracaq.
#tarif#qaz#dəmir filizi#istehsal



